AZ

Paris HƏDƏFƏ ALINDI

Fransız fermerləri Parisin blokadasını təşkil etməyi planlaşdırırlar, bunun üçün təxminən min traktor istifadə olunacaq.

Publika.az xəbər verir ki, əgər hökumət kənd təsərrüfatı heyvanlarının məcburi məhv edilməsinə son verməsə, etiraz aksiyası yanvarın əvvəlində baş tutacaq.

Etirazçılar artıq bir neçə gündür Fransanın cənub-qərbindəki magistral yolları bağlayırlar. Onlara yüzlərlə avtomobillə federal magistralı bağlayan taksi sürücüləri də qoşulub.

Mitinq iştirakçılarının narazılığı dövlətin nodulyar dermatit – iri buynuzlu heyvanların dərisini zədələyən xəstəlik – ilə bağlı siyasətindən qaynaqlanır. Mövcud qaydalara əsasən, fermerlər bütün mal-qaranı məhv etməyə məcburdurlar.

Seçilən
72
publika.az

1Mənbələr