AZ

"Mançester Siti" qələbə qazanıb "Arsenalı" ötdü

İngiltərə Premyer Liqasının 17-ci turunda "Mançester Siti" doğma meydanda "Vest Hem"i qəbul edib.

"Unikal" xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra xallarını 37-yə çatdıran "şəhərlilər" turnir cədvəlinin lideridir. "Vest Hem" isə 13 xalla 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, dekabrın 27-də keçiriləcək növbəti turda Xosep Qvardiolanın yetirmələri "Nottinqem Forest"lə, "Vest Hem" isə "Fulhem"lə üz-üzə gələcək.

Seçilən
90
4
unikal.az

5Mənbələr