AZ

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

İranın ballistik raket istehsalı ilə bağlı narahatlıqların artması fonunda İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşdə İslam Respublikasına hücum üçün yeni bir plan təqdim etməyi düşünür.

"Yeni Sabah" xəbər verir ki, bu barədə planla tanış olan bir mənbə və dörd keçmiş ABŞ rəsmisi NBC-yə bildirib.

İsrail rəsmiləri hesab edirlər ki, İran ballistik raket istehsalı müəssisələrini yenidən qurur və 2025-ci ilin iyun ayında baş verən hücumlarda zədələnmiş hava hücumundan müdafiə sistemlərini təmir edir.

Tehranın nüvə proqramı İsrail üçün ciddi narahatlıq doğursa da, İsrail rəhbərliyi İranın raket imkanlarının bərpasını daha çox təhlükə kimi görür./Oxu.az


Telegram kanalımız
Seçilən
71
yenisabah.az

1Mənbələr