AZ

Zelenski: Seçki üçün lazımi infrastruktur yaradılır

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski seçkinin iki amildən - təhlükəsizlik və qanunvericilikdən asılı olduğunu qeyd edib.Oxu.Az Ukrayna mediasına istinadən xəbər verir ki, dövlət başçısı bu açıqlamanı Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə keçirdiyi mətbuat konfransında verib."Əlbəttə ki, xaricdə səsvermə praktikası mövcuddur. Hazırkı vəziyyətdə ukraynalıların sayına görə proses mürəkkəbləşəcək. Lakin Xarici İşlər Nazirliyi artıq bunun üzərində işləməyə başlayıb. Onların xaricdəki tərəfdaşlarımızla əlaqələri var və buna nail olmaq məqsədilə rahat səsvermə mühiti təmin etmək üçün xaricdə mümkün infrastrukturu əlaqələndirməliyik", - deyə Ukrayna Prezidenti bildirib."Hər halda, inanıram ki, seçki keçirildikdə, yəni təhlükəsizlik vəziyyəti imkan verdikdə, çox sayda ukraynalı vətənə qayıdacaq", - deyə Zelenski əlavə edib.Onun sözlərinə görə, müvəqqəti işğal olunmuş ərazilərdə seçki keçirilə bilməz.Həmçinin Zelenski qeyd edib ki, hər bir vətəndaş kimi hərbçilərin də səs verə bilməsi vacibdir. Bunun üçün isə hərbi əməliyyatlar dayandırılmalıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
demokrat.az

1Mənbələr