AZ

“Media Savadlılığı” Həftəsi çərçivəsində təlimlər keçirilib

Yazını böyüt
Yazını kiçilt

Dekabrın 20-də “Media Savadlılığı” Həftəsi çərçivəsində gənclər üçün xarici ekspertlərin iştirakı ilə maarifləndirici təlimlər təşkil olunub.

Bu barədə hafta.az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin Beynəlxalq Jurnalistika fakültəsinin Medialinqvistika və Kommunikasiya kafedrasının müdiri, professor Dilfuza Teşabayeva “Manipulyasiyanın xüsusiyyətləri: süni intellekt kontekstində media məzmunu” mövzusunda çıxış edib. Sessiya zamanı süni intellekt texnologiyalarının media məzmununun formalaşdırılmasına təsiri, manipulyativ narrativlərin yaranma mexanizmləri və informasiyanın tənqidi qiymətləndirilməsi metodları ətrafında geniş məlumat verilib.

Təlim proqramının növbəti hissəsində Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin Media məzmunu və layihələrin koordinasiyası şöbəsinin müdiri Zuxra Yunusova “Rəqəmsal gigiyena və onlayn təhlükəsizlik: rəqəmsal mühitdə şəxsi məlumatların, hesabların və reputasiyanın qorunması” mövzusunda təlim keçib. Sessiyada rəqəmsal mühitdə şəxsi məlumatların təhlükəsizliyi, sosial şəbəkələrdə risklər, kiberhücumlara qarşı fərdi müdafiə üsullarından bəhs edilib.

Təlim iştirakçıları tərəfindən mövzulara dair suallar cavablandırılıb, praktiki nümunələr üzərində müzakirələr aparılıb və rəqəmsal mühitdə təhlükəsiz davranışın əhəmiyyəti vurğulanıb.

Seçilən
6
9
hafta.az

10Mənbələr