Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Barselona" İspaniya La Liqasının 18-ci turunda səfərdə "Vilyarreal"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, son çempion oyuna ciddi itki ilə çıxacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Pedri səfər matçında komandaya kömək edə bilməyəcək. İspaniyalı yarımmüdafiəçi ayaq əzələsində yüklənmə hiss edir. Buna görə də məşqçilər korpusu risk etməyəcək və 23 yaşlı futbolçunu meydana buraxmayacaq.
Pedri bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Vilyarreal" - "Barselona" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.