AZ

Kiyevin mərkəzində üzərində Rusiya bayrağı olan dron qaldırıldı

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Naməlum şəxslər Ukrayna paytaxtı Kiyevin mərkəzində üzərində Rusiya bayrağı olan PUA (Pilotsuz Uçuş Aparatı) buraxıblar.

Avtosfer.az bildirir ki, bu barədə "Novosti.Live" "Telegram" kanalı məlumat verib.

Həmçinin Ukrayna şəhər sakinləri tərəfindən lentə alınan dronun videosu da yayımlanıb.

Jurnalistlərin sözlərinə görə, kvadrokopter havaya qalxıb, bir müddət uçub və sonra düşməyə başlayıb. Şəhərdə hava hücumu həyəcanı elan edilməyib. PUA-nı kimin buraxdığı və detallar hələ ki məlum deyil.

Həmçinin Ukrayna hakimiyyəti də məsələ ilə bağlı şərh verməyib.

"Hüquq-mühafizə orqanlarından cavab gözləyirik", - deyə kanal əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
avtosfer.az

2Mənbələr