Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Agentliklər bu keçid üçün planlarını 12 ay ərzində təqdim etməlidirlər
ABŞ Prezidenti Donald Tramp ABŞ administrasiyasına 6G şəbəkələrinin inkişafında ABŞ liderliyini təmin etmək üçün bir sıra tədbirlər görməyi tapşıran memorandum imzalayıb. AYNA.AZ xəbər verir ki, sənəd Ağ Evin saytında dərc edilib.
Memoranduma əsasən, ABŞ federal hökumət qurumları rabitə sistemlərini 7.125-7.4 GHz diapazonundan köçürməli və 6G provayderləri tərəfindən tam kommersiya istifadəsi üçün onları azad etməlidirlər. Agentliklər bu keçid üçün planlarını 12 ay ərzində təqdim etməlidirlər. Memorandumda həmçinin kommersiya 6G istifadəsi üçün daha çox tezlik azad etmək üçün 2.69-2.9 GHz və 4.4-4.94 GHz diapazonlarının öyrənilməsi də tələb olunur.
Memorandumda qeyd olunub ki, spektrin yenidən bölüşdürülməsi ABŞ şirkətlərinə və onların tərəfdaşlarına 6G şəbəkələrinin inkişafını planlaşdırarkən hansı tezliklərin onlar üçün əlçatan olacağını anlamağa imkan verəcək.
Bundan əlavə, ABŞ dövlət katibinə və administrasiyanın digər üzvlərinə "diplomatik əlaqələr vasitəsilə Amerikanın 6G üzrə liderliyini təşviq etmək" tapşırılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.