ain.az bildirir, Azpolitika.az portalına istinadən.
Bu u gecə Krımın Belbek aerodromunda Rusiyaya məxsus 2 ədəd "Su-27" hərbi təyyarəsi Ukrayna Təhlükəsizlik Xidmətinin dronları tərəfindən məhv edilib.
“AzPolitika” teleqram kanallarında yayılan məlumatlara istinadla xəbər verir ki, dispetçer qülləsinə də zərbə endirilib. Bir neçə gün əvvəl burada "MiQ-31" təyyarəsi də vurulmuşdu.
Xəzərdə isə Rusiyanın patrul gəmisi vurulduğu və "Lukoil"un Filanovski adına neft-qaz platformasına təkrar zərbə endirildiyi iddia edilir Son günlər burada Korçagin və Qrayfer adına yataqlar da hücuma məruz qalıb.
Dünən Aralıq dənizində (Ukrayna sahillərindən 2000 km aralıda) Rusiyanın kölgə donanmasına aid daha bir tanker sıradan çıxarılıb.
Əməliyyatların miqyası və coğrafiyası genişlənərək davam edir.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.