ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Ömrü Sultani kimi tanınan bloger Tünzalə Sultanovanın vəfat etdiyi iddia olunur.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, sosial mediada edilən paylaşımlarda Tünzalə Sultanovanın boğaz nahiyəsində zob aşkar edildiyi və bundan sonra tibbi müayinələr zamanı onun bədxassəli şiş olduğu müəyyən olunub.
Ötən gün onun əməliyyat edildiyi və vəziyyəti ağırlaşaraq komaya düşdüyü qeyd edilib.
Lakin bu gün sosial şəbəkə edilən paylaşımlarda onun “EGE Hospital”da vəfat etdiyi iddia olunub.
Məlumatı dəqiqləşdirmək üçün klinikanın nömrələri ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab verən olmadı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.