AZ

Budanov: Ukraynada səfərbərliyi özümüz dağıtdıq

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) rəisi Kirilo Budanov yerli mediaya müsahibəsində bildirib ki, ölkədə səfərbərlik prosesini “kənar müdaxilə olmadan” məhz ukraynalıların özləri dağıdıb.

NOCOMMENT.az xəbər verir ki, ondan “ölkə daxilində ən böyük və hələ düzəldilə biləcək səhv hansıdır?”, deyə soruşulub.

Budanov bu suala belə cavab verib: “Mənim şəxsi fikrimcə, ən böyük səhv – mediada aparılan kampaniyanın tam şəkildə uduzulmasıdır. Sadəcə tam uduzmuşuq. Bu isə səfərbərlik məsələsində gərginliyi artırmağa şərait yaradıb. Biz hər şeyi Rusiya Federasiyasının üzərinə atırıq, amma onların təsiri çox da böyük deyil”.

O qeyd edib ki, bu proseslər Ukraynanın daxilində baş verib – bəzən müəyyən şəxslərin şəxsi ambisiyalarına görə bilərəkdən, bəzən isə düşünmədən yaşanıb.

“Biz öz səfərbərliyimizi özümüz dağıtdıq. Kim nə deyirsə-desin, bu belədir”, – deyə Budanov vurğulayıb.

Seçilən
102
nocomment.az

1Mənbələr