AZ

Monteneqro Avropa İttifaqının üzvü olacaq – Bu tarixdə

Monteneqro 2028-ci ilə qədər Avropa İttifaqının 28-ci tamhüquqlu üzvü olmağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Monteneqronun baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

“Avropa inteqrasiyası çərçivəsində qarşıdakı 40 il üçün iddialı planlarımız var və 2028-ci ilə qədər 28-ci tamhüquqlu Aİ üzvü statusuna nail olmağı hədəfləyirik. Qərbi Balkanlar ölkələrinin Avropa məkanına inteqrasiyası sülh və sabitliyə zəmanət verir. İddialarımız və nikbinliyimiz son günlərdə əsas sahələrdə əldə etdiyimiz irəliləyişlərlə öz təsdiqini tapır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Avropa institutlarının son qiymətləndirmələri Monteneqronun həyata keçirdiyi islahatların, tətbiq etdiyi standartların və görülən işlərin tərəfdaşlar tərəfindən tanındığını göstərir. Ölkə gələcəyə nikbin baxır və qarşıya qoyulan məqsədlərə yaxın onilliklər ərzində çatmağı planlaşdırır.

Seçilən
68
nocomment.az

1Mənbələr