ain.az, Milli.az portalına istinadən məlumat yayır.
Rusiyanın Perm şəhərində "kannibal" kimi tanınan Mixail Malışev dekabrın 19-da Perm şəhər 21 saylı xəstəxanada vəfat edib.
Milli.Az xəbər verir ki, "Telegram"ın "Shot" kanalı xəbər verir ki, 65 yaşlı Malışev həmin gün həkim qəbuluna gedib. Məlumata görə, o, həkim kabinetinə çatmamış xəstəxananın girişində özünü qəfil pis hiss edib, sinəsində ağrılar yaranıb və yerə yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mixail Malışev 2002-ci ildə iki nəfəri - bir kişi və bir qadını - qətlə yetirdiyinə görə 25 il müddətinə azadlıqdan məhrum edilmişdi. İstintaq materiallarına əsasən, o, qurbanlarının bədəninin bir hissəsini yemişdi. Məhkəmənin qərarı ilə Malışev uzun müddət məcburi psixiatrik müalicə də alıb.
2022-ci ildə azadlığa buraxılan Malışevin son illər Permdə heyvan sığınacaqlarından birində işlədiyi bildirilirdi.
Hadisə ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.
Fidan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.