Tibb mütəxəssisi insanın sağlamlığına zərər vermədən gündə maksimum neçə fincan qəhvə içə biləcəyi haqqında danışıb.
Ölkə.Az-ın məlumatına görə, diyetoloq Nadejda Litvinova bildirib ki, orqanizmin kofeini tamamilə emal etməsi üçün 2,5-5 saat vaxt lazımdır.
"Əks göstərişlər olmadığı təqdirdə, yüksək kofein metabolizması sürətinə malik insanlar gündə beş-altı fincana qədər qəhvə içə bilərlər; qalan hər kəs səhərlər bir və ya iki fincan canlandırıcı içki ilə məhdudlaşmalıdır", - deyə Litvinova deyib.
Həkim həmçinin qeyd edib ki, kofein yalnız qəhvədə deyil, həm də çayda, şokoladda, enerji içkilərində, qazlı içkilərdə və bəzi dərmanlarda da olur. O, sağlamlıq üçün gündəlik dörd-beş fincandan çox çay içməməyi tövsiyə edib.
Ölkə.Az