AZ

Karantin rejimi uzadıldı: “Biznes subyektləri üçün...”

Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bu barədə Nazirlər Kabinetində qərar qəbul edilib. Baş nazir Əli Əsədovun imzaladığı qərarə əsasən, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb.

Karantin rejiminin uzadılması iqtisadi, xüsusilə biznes mühitinə mümkün təsirləri və yarada biləcəyi risklər nələrdir?

"Cebheinfo.az"a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, xüsusi karantin rejimi çərçivəsində biznes subyektləri üçün quru yük daşımaları ilə bağlı ciddi risklər mövcud deyil:

"Bu sahə karantin dövründə belə bağlanmayıb. Sahibkarlar yüklərin daşınmasını həyata keçirə bilirlər. Amma sərhədyanı ticarətin məhdudlaşdırılması əhaliyə mənfi təsir göstərir. Xüsusilə sərhədyanı ticarətlə məşğul olan şəxslər bu vəziyyətdən ciddi zərər görür.

Eyni zamanda, qonşu ölkələrə səfərlərlə bağlı yaranan çətinliklər turizm, tibbi xidmətlər, təhsil daxil əmək məqsədilə gedib-gələn vətəndaşlar üçün əlavə vaxt itkisi və maliyyə yükü yaradır.

Məsələn, Gəncədə yaşayan bir şəxsin cəmi 30-40 kilometr məsafədə yerləşən Tbilisiyə getməsi bir sutka vaxt aparır. Bu isə həm vətəndaşların gündəlik həyatına, həm də biznes əlaqələri olan şəxslərin fəaliyyətinə mənfi təsir göstərir. 

Nəticə etibarilə, sərhədlərlə bağlı məhdudiyyətlər həm əhali, həm də sərhədyanı ticarətlə məşğul olan şəxslər üçün əlavə çətinliklər yaradır".

Seçilən
92
1
cebheinfo.az

2Mənbələr