Rusiya ordusu Ukraynanın Sumı vilayətinin iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin "Şərq" qüvvələr qrupunun bölmələri Ukraynanın Vısokoye və Donetsk vilayətinin Svetloye kəndlərinə nəzarəti ələ keçirib.