AZ

Malili futbolçu addım-addım “Qalatasaray”a

Türkiyə Super Liqası təmsilçisi "Qalatasaray" qışfa heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, komanda müqavilə ilə "Klermont" klubuna məxsus olan və icarə əsasında "Kocaelispor" forması geyinən Həbib Keyta ilə yaxından maraqlanır.

Bu barədə "Africafoot" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Fransa təmsilçisi 23 yaşlı yarımmüdafiəçini satmağa müsbət yanaşır.

Qeyd edək ki, Həbib Keyta bu mövsüm "Kocaelispor" forması ilə çıxış etdiyi 13 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Malili futbolçunun "Klermont"la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

“Fənərbaxça” prezidentinə narkotik ittihamı: məhkəməyə çağırıldı

PSJ-yə kuboku qazandırdı - ƏLİ SINDI

Türkiyənin tanınmış klubu III Liqaya düşüb

Ter Ştegen qərarını verib

Tanınmış məşqçi vəfat edib

Seçilən
58
apasport.az

1Mənbələr