AZ

Avropa Parlamentinin qətnaməsi obyektivlikdən uzaqdır və regionda sülh prosesinə zərbə vurur - Azər Qarayev

Bakı. Trend:

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnaməbir daha göstərdi ki, bu qurum müstəqil və ədalətli yanaşmasərgiləməkdən çox uzaqdır.

Bunu Trend-əaçıqlamasında Azər Qarayev bildirib.

Onun sözlərinə görə, sənədin mətnindəki yanaşma, istifadə olunanleksikon və arqumentlər tamamilə birtərəflidir, faktlara deyil,siyasi simpatiya və lobbi maraqlarına əsaslanır:

"Xüsusilə Ermənistanla Avropa İttifaqı arasında imzalanmışhərtərəfli sazişin bəzi müddəaları bölgədə sülhə xidmət etməklədeyil, əksinə gərginliyi artırmaqla nəticələnə bilər.

Qətnamədə 2023-cü ilin sonlarında Qarabağda aparılan antiterrortədbirləri "zorakı təmizləmə", "etnik azlıqlara qarşı təzyiq" kimiqələmə verilir. Halbuki bu əməliyyat Azərbaycanın beynəlxalqtanınmış sərhədləri daxilində, öz suverenliyini bərpa etmək məqsədiilə həyata keçirilib. BMT, Aİ və digər qurumlar Azərbaycanərazilərini tanıyır. Avropa Parlamenti isə bu reallığı nəzərəalmadan birtərəfli dəyərləndirmə aparır.
Bu yanaşma Azərbaycanın daxili işlərinə qarışmaqdır və Ermənistanısiyasi olaraq təşviq edir ki, sülh prosesində konstruktiv mövqetutmasın".

O qeyd edib ki, həmin sazişdə Azərbaycana qarşı dolayısı ilətəzyiq vasitəsi ola biləcək müddəalar yer alıb:

“Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, 2020-ci ildəyaranmış yeni reallıqlara, o cümlədən Azərbaycanın suverenliyinəhörmət prinsipi görünmür. Əvəzində, Ermənistanın maraqlarına uyğunbəyanatlar və çağırışlar var. Bu isə regionda sülh müqaviləsininimzalanması istiqamətində aparılan səylərə ziddir.

Sazişdə regionda "davamlı sülh və münaqişələrin beynəlxalqhüquqa uyğun həlli" ifadəsi yer alsa da, Ermənistanıninterpretasiyasında bu, Azərbaycanın daxili ərazilərinin statusununyenidən müzakirəyə çıxarılması kimi təqdim edilir.

Azərbaycanın ərazi bütövlüyünə toxunan istənilən qeyri-müəyyənbənd Ermənistan tərəfinə sülh danışıqlarında qeyri-konstruktivmövqe tutmaq üçün siyasi bəhanə verir".

Azər Qarayevin fikrincə, məqsəd sülhdürsə, hər iki tərəfə eyniməsafədə yanaşılmalıdır:

"Avropa Parlamentinin qətnaməsində Ermənistanın “demokratikləşməcəhdləri” dəstəklənməli, ona iqtisadi və təhlükəsizlik baxımındankömək göstərilməli olduğu bildirilir. Lakin eyni zamandaAzərbaycanın 30 il işğal faktı, minalanmış ərazilər, humanitarnəticələr kimi məsələlərə toxunulmur.

Bu, regionda balanssız siyasətin bariz nümunəsidir. Əgər məqsədsülhdürsə, hər iki tərəfə eyni məsafədə yanaşılmalıdır.

Azərbaycan beynəlxalq tranzit yollarının açılmasını istəyir, buisə 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında yer alıb. Bunu"təzyiq vasitəsi" kimi təqdim etmək beynəlxalq razılaşmalara ziddmövqedir".

Bu nümunələr göstərir ki, həm Aİ–Ermənistan sənədlərində, həm dəAvropa Parlamentinin qətnamələrində regionda real sülhə xidmətetməyən, əksinə, birtərəfli siyasi mövqeləri gücləndirən müddəalarmövcuddur".

Azər Qarayev vurğulayıb ki, Milli Məclisin Avropa Parlamentininbu qərəzli qətnaməsinə cavab olaraq qəbul etdiyi sənəd tam əsaslıvə yerində atılmış addımdır:

“Azərbaycan parlamenti öz mövqeyini açıq, diplomatik dillə,lakin qətiyyətlə ifadə etdi. Qəbul edilən sənəd bir daha göstərdiki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz suverenliyinimüdafiə edir və heç bir təzyiqə boyun əyməyəcək".

Seçilən
96
2
az.trend.az

3Mənbələr