AZ

"Nə qədər ki, bəzi adamlar "Milan"dadırlar, qayıdan deyiləm"

"Milan"ın sabiq sol cinah müdafiəçisi, hazırda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın formasını geyinən Teo Ernandes 2023-cü ilin iyulunda iş yerini dəyişməsinin səbəbini deyib.

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" belə çatdırıb:

"Milan"dan ayrılmaq istəmirdim. Orada qalmaq istəyirdim. Amma sənə rəhbərlikdən zəng vurub getməyəcəyin halda, heyətdən uzaqlaşdıracaqlar... Mənim başqa yolum yox idi. Yeni klub axtarmaq məcburiyyətində qaldım.

Zəng vurub qayıtmağımı xahiş etsələr? İndi burada uğur qazanmaq istəyirəm. Nə qədər ki, bəzi adamlar "Milan"dadırlar, qayıdan deyiləm".

Xatırladaq ki, Teo İtaliya nəhəngində 6 il oynayıb. A Seriyası təmsilçisi onu ərəblərə 25 milyon avroya satıb.

Nihat

Seçilən
90
1
fanat.az

2Mənbələr