AZ

Kərkicahana yola salınan ilk köç karvanı çatdı - YENİLƏNİB

Dekabrın 20-də doğma yurduna yola salınan köç karvanı Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə çatıb.

Redaktor.az
xəbər verir ki, bu mərhələdə köçürülən 115 nəfərdən ibarət 30 ailəyə mənzillərin açarları təqdim edilib. 


Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.


***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dekabrın 20-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə ilk köç karvanı yola salınıb.

Redaktor.az xəbər verir ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

2222222
Seçilən
37
5
redaktor.az

10Mənbələr