AZ

ABŞ-dən Suriyada əməliyyat: Beş İŞİD üzvü məhv edildi

ABŞ-nin Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətinə gecə endirdiyi zərbələr nəticəsində qruplaşma lideri də daxil olmaqla, ən azı beş İŞİD üzvü məhv edilib.

Oxu.Az-ın “Əl-Ərəbiyyə” nəşrinə istinadən xəbərinə görə, bu barədə Suriya İnsan Hüquqları Rəsədxanasından məlumat verilib.

Məlumata görə, məhv edilmiş qruplaşma bu ərazidə pilotsuz uçuş aparatlarının (PUA – dron) istismarına cavabdeh idi.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı Suriyada 70-dən çox hədəfə zərbə endirdiyini açıqlamışdı.

Seçilən
12
1
editor.az

3Mənbələr