AZ

İranın iki sərhədçisi Pakistanla sərhəddə baş verən qəzada ölüb

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın Sistan-Bəlucistan bölgəsində yol-nəqliyyat hadisəsi nəticəsində iki sərhədçi həlak olub.

APA İran mediasına istinadən xəbər verir ki, bu barədə Sistan və Bəlucistan Sərhəd Mühafizəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Məlumata görə, bölgədəki əlverişsiz hava şəraiti, duman və görüş məsafəsinin azalması səbəbindən sərhəd mühafizəsinə məxsus avtomobil digər bir nəqliyyat vasitəsi ilə toqquşub.

Pakistanla sərhəddə baş verən qəzada rütbələri baş çavuş olan iki sərhədçi həyatını itirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
4
cebheinfo.az

8Mənbələr