Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Monteneqroda Azərbaycandan olan turistlər üçün çox yaxşı imkanlar və şərait yaratmışıq. Eyni zamanda, iki ölkə arasında birbaşa uçuşların aparılmasını istəyirik.
Redaktor.az "Trend"ə istinadən xəbər verir ki,xəbər verir ki, bu sözləri Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən brifinqdə deyib.
"Konsulluq sahəsində imzalanmış Anlaşma Memorandumu gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bizim çoxtərəfli əməkdaşlığımız uğurlu şəkildə davam edir", - deyə nazir bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.