AZ

Azərbaycan və Monteneqro Hökumətlərarası Komissiyanın növbəti görüşü barədə danışıqlar keçirəcək

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq hər zaman müzakirə predmetidir.

Nazir bildirib ki, bu baxımdan Hökumətlərarası Komissiyasının işini çox vacib hesab edir: “Hökumətlərarası Komissiyanın növbəti görüş barədə detallı danışıqlar həyata keçiriləcək. Potensial iqtisadi sahədə mövcud olan detallara da nəzər salınıb. İnvestisiyalar sahəsində rəqəmlər daha ürəkaçandır. Ticarət dövriyyəsinin həcmi iki ölkə arasında potensialı tam əks etdirmir.

Bizim nəinki ikitərəfli əsasda, o cümlədən çoxtərəfli platformalarda uğurlu əməkdaşlığımız mövcuddur, BMT, UNESCO çərçivəsində də əməkdaşlığımız var. APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycanın bir sıra beynəlxalq təşəbbüslərinə Monteneqro dəstək verir: “Bizim ATƏT çərçivəsində də yaxşı əməkdaşlığımız mövcuddur. O cümlədən bu həm Montenqro, həm Azərbaycan tərəfindən müxtəlif beynəlxalq təşkilatlarda iki ölkə namizədlərinin qarşılıqlı dəstəklənməsi bu gün müzakirə edildi və qarşılıqlı dəstək barədə razılaşmalarımız mövcuddur.

Seçilən
85
2
apa.az

3Mənbələr