AZ

Rəşad Dağlı Ağakərimin məzarına əklil göndərdi

Ötən gün vəfat edən meyxanaçı Ağakərim (Kərim Novruzov) dəfn edilib.

Far.Az xəbər verir ki, bəzi meyxanaçılar mərhum həmkarlarının qəbrinə əklil göndəriblər.

Onlar arasında hazırda həbsdə olan məşhur meyxanaçı Rəşad Dağlının adından göndərilən əklil də olub.

Əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb.

Mərhumun nəşi Maştağa kənd qəbiristanlığında torpağa tapşırılıb. Daha sonra həmkarlarının göndərdiyi əklillər Ağakərimin qəbri üzərinə düzülüb.

Fotonu report.az saytı yayıb.

Xatırladaq ki, Ağakərim (Kərim Novruzov) uzun illərdir idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi.

Seçilən
69
1
far.az

2Mənbələr