Bu gün, sabah və dekabrın 22-də Misli premyer-liqasında 16-cı turun qalan oyunları keçiriləcək.
Beləliklə, elita klubları qış fasiləsinə yollanacaq. Sizi 2025-ci ilin son beş matçının afişasıyla tanış edirik.
Misli premyer-liqası
2-ci dövrə, 16-cı tur
20 dekabr
Karvan-Yevlax – Neftçi
“Karvan-Yevlax” bu rəqiblə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-30-50.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR hakimi: Elçin Məsiyev.
VAR: hakiminin köməkçisi: Zöhrab Abbasov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Yevlax , şəhər stadionu. Saat 14.00.
Təbii ki, “Karvan-Yevlax”ın yeganə məqsədi ili qələbəylə bitirmək, bununla sonuncu pillədən qurtulmaq olacaq. Düzü, 11-ci sıra qərarlaşan “Qəbələ”nin “Qarabağ”la qarşılaşması Yevlax təmsilçisi üçün şans sayıla bilər. Ona görə ki, “Sabah”a uduzmaqla liderliyi əldən verən “köhlən atlar” “bayquşlar”ın “Sumqayıt”a məğlub olması ehtimalını gözardı edə bilməz. Zarafat deyil, işin ucunda qış çempionluğu var. Lakin ümumi mənzərə təkcə yevlaxlılar üçün yox, “Neftçi” üçün də ümidin hələ tükənmədiyini göstərir. Yuri Vernidubun baş məşqçi postuna təyinatından sonra keçirilən ilk oyunda “Sumqayıt”la “sülh”ə razılaşan “ağ-qaralar” mövsümün ən zəifinə qalib gəlməklə illə qələbə ilə vidalaşmaq istəyəcək. Bu o deməkdi ki, Yevlaxdakı oyun gözləniləndən gərgin keçəcək. Bir məqamı da unutmayaq: bu komandalar arasında keçirilən yeganə qarşılaşmada qalib müəyyənləşməyib. Cari mövsümdə “Neftçi”nin meydanında keçirilən matçdan tərəflər qolsuz ayrılıb. Bu dəfə hər iki tərəfə qələbə lazımdı.
Zirə – İmişli
“Zirə” bu rəqiblə ilk dəfə qarşılaşacaq.
Cəzalı: Junior Martins (Zirə).
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR hakimi: Rəvan Həmzəzadə.
VAR hakiminin köməkçisi: Teymur Teymurov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov.
Zirə, İdman Kompleksinin stadionu. Saat 16.30.
“Qarabağ” və “Şamaxı” ilə oyunlarda xal itirən “Zirə” hazırda ilk “dördlük”də deyil. “Turan Tovuz” və “Sumqayıt”la eyni sayda xala malik olan qəsəbə təmsilçisi qış fasiləsinə azı 4-cü sırada yollanmaq istəyirsə, həm qələbə qazanmalı, həm də əsas rəqiblərinin büdrəməsini gözləməlidi. Ümumiyyətlə, Rəşad Sadıqov komandasını toparlamağa məcburdu. Yoxsa mövsümü ən yaxşı halda 3-cü sırada bitirəcəklər. Elə həmin prosesə də bu oyundan etibarən start verilsə, yaxşıdı. O başqa məsələ ki, son üç oyunda qələbəyə həsrət qalan “İmişli” “qartallar” üçün asan yem olmaq istəməyəcək. Komandaların tarixdəki ilk duelində də belə olmuşdu. Daha doğrusu, cari mövsümə təsadüf edən görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
21 dekabr
Qəbələ – Qarabağ
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 30:+7=7-16, 27:45.
2006/07 – 0:2; 2007/08 – 1:2; 2008/09 – 1:2; 2009/10 – 1:1, 3:1; 2010/11 – 2:1: 2010/11 – 0:0; 2011/12 – 1:0; 2012/13 – 1:1, 0:2; 2013/14 – 0:1, 0:1; 2014/15 – 2:1, 1:1; 2015/16 – 2:2, 1:2; 2016/17 – 2:0, 2:0; 2017/18 – 1:0, 0:1; 2018/19 – 1:3, 1:2; 2019/20 – 1:1; 2020/21 – 1:1, 0:5; 2021/22 – 0:2; 2022/23 – 0:1, 1:3; 2023/24 – 1:2, 0:4.
Cəzalı: İbrahim Sanqare (Qəbələ).
“Futbol+”in proqnozu: 10-30-60.
Hakimlər: ƏLİ ƏLİYEV, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ, şəhər stadionu. Saat 15.00.
“Qəbələ” də “Karvan-Yevlax”la “Kəpəz”in taleyini yaşayır: komanda heç cür dirçələ bilmir. Açığı, “qırmızı-qaralar”ın bu oyunda da tilsimi qıracağına inanmaq çətindi. Azı ona görə ki, rəqib “Qarabağ”dı. Yuxarıda vurğuladığımız kimi, “köhlən atlar” ili “qış çempionu” kimi başa vurmaq istəyir. Ancaq bu məqam “Qəbələ” üçün maneə yaratmamalıdı. Axı premyer-liqanı tərk etmək təhlükəsi hələ qalır…
Bu komandalar indiyə qədər 63 dəfə qarşılaşıb. Həmin oyunların 10-da “Qəbələ”, 37-də “Qarabağ” qələbə qazanıb, 16-da qalib müəyyənləşməyib. Topların nisbətində “köhlən atlar” öndədi – 106:47.
Araz-Naxçıvan – Şamaxı
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 4:+3=1-0, 5:1.
2000/01 – 2:0; 2001/02 – 1:0; 2024/25 – 1:0, 1:1.
Cəzalı: Vanderson Melo (Araz-Naxçıvan).
“Futbol+”in proqnozu: 40-40-20.
Hakimlər: FƏRİD HACIYEV, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı, “Liv Bona Dea Arena”. Saat 17.30.
Heç şübhəsiz, “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin başı üzərindən qara buludlar hələ tam çəkilməyib. Bəli, “qırmızı-ağlar”ın “Qarabağ”a böyük hesabla uduzması işi daha da çətinləşdirib. Lakin necə deyərlər, betərin də betəri var. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komanda hazırda 6-cı sıradadı və qış fasiləsində ilk “dördlük”də yollanmaq ehtimalı yoxdu. Belədə “Şamaxı”ya məğlub olmaq naxçıvanlıların durumunu daha da kritikləşdirəcək. “Şirlər” isə Mərdəkana azı bir xal qazanmaq üçün gələcək. Niyə də yox?! Bölgə təmsilçisi bu mövsüm iddialı rəqiblərdən – “Qarabağ”, “Sabah”, “Sumqayıt”, “Neftçi” və “Zirə”dən xal qopara bilib.
Komandalar indiyə qədər 9 dəfə üz-üzə gəlib. Bu görüşlərin 5-də “Araz-Naxçıvan”, 2-də “Şamaxı” qalib olub, 2-də “sülh” qeydə alınıb. Topların nisbətində “qırmızı-ağlar” öndədi – 9:5.
22 dekabr
Sumqayıt – Sabah
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 14:+5=1-8, 12:25.
2018/19 – 0:1, 1:0; 2019/20 – 1:0, 1:2; 2020/21 – 1:2, 0:2; 2021/22 – 2:0, 0:3; 2022/23 – 0:6, 0:4; 2023/24 – 1:0, 1:2; 2024/25 – 1:0, 3:3.
Cəzalı: Rayan Senhadji (Sumqayıt).
“Futbol+”in proqnozu: 20-40-40.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.30.
İlin son matçı Sumqayıtda keçiriləcək. Qonağın lider “Sabah” olduğunu nəzərə alsaq, “Mehdi Hüseynzadə”də anşlaq yaşanacağınıproqnozlaşdıra bilərik. Bununla belə, Saşa İliçin rəhbərliyi altında döyüşən komandanın (o, Şamaxıdakı matçda baş verən məlum hadisə üzündən bu oyun üçün də cəzalı durumdadı – red.) əzmkar çıxışı hər kəsə bəllidi. “Kimyaçılar” hələ ötən həftə “Neftçi”nin meydanında 0:2 hesablı məğlubiyyətdən xilas olmağı bacardı. Bu baxımdan, “bayquşlar”ın işinin yetərincə çətin olacağını bildirməliyik. Hər şeyə rəğmən, Masazır təmsilçisinin ili lider kimi başa vurmaq istəyi göz önündədi. Bu o deməkdi ki, Sumqayıtda növbəti futbol bayramına şahidlik edə bilərik. Həm anşlaq, həm baxımlı oyun, həm də qollar!
Bu komandalar indiyə qədər 28 dəfə qarşılaşıb. Həmin matçların 8-də “Sumqayıt”, 14-də “Sabah” qələbə qazanıb, 6-da hərəyə bir xal düşüb. Topların nisbətində “bayquşlar” öndədi – 51:28.
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Qəbələ” son 25 oyunda qələbə qazanmayıb. “Qarabağ” son 11 matçda qol vurub.
// “Araz-Naxçıvan” texniki nəticə nəzərə alınmasa, bütün görüşlərdə qol vurub. “Şamaxı” səfərdə qələbə qazanmayıb.
// Son 3 görüş heç-heçə başa çatıb. “Sumqayıt” son 4 ev oyununda qol vurub.
1. Sabah 15 10 4 1 26-8 34
2. Qarabağ 15 10 3 2 30-9 33
3. Sumqayıt 15 8 3 4 25-18 27
4. Turan Tovuz 15 8 3 4 19-12 27
5. Zirə 15 7 6 2 23-15 27
6. Araz-Naxçıvan 15 6 5 4 23-25 23
7. Şamaxı 15 5 5 5 18-16 20
8. Neftçi 15 3 8 4 18-16 17
9. İmişli 15 4 4 7 14-19 16
10. Kəpəz 16 3 0 13 11-39 9
11. Qəbələ 14 2 2 10 10-19 8
12. Karvan-Yevlax 15 1 3 11 11-32 6
Bombardir: Coy-Lens Mikels (Sabah) – 9.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta