Maliyyə Nazirliyi “Qarabağ Toxum” MMC ilə bağlı protokol tərtib edib.
Publika.az-ın məlumatına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tələblərini pozub.
Belə ki, “Qarabağ Toxum” barəsində 2023-cü il üzrə maliyyə hesabatlarının auditini 2024-cü ildə aparmadığı üçün protokol tərtib edilərək məhkəməyə göndərilib.