AZ

Türkiyəli ulduzlar ayın ən yaxşısı seçildilər

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Karyerasını Avropanın aparıcı çempionatlarında davam etdirən Türkiyə yığmasının iki üzvü öz klubunda ayın oyunçusu seçilib. Söhbət Fərdi Kadıoğlu ilə Kənan Yıldızdan gedir. ''Brayton''un şərəfini qoruyan Fərdi bilindiyi kimi ötən il təxminən bu vaxtlarda əməliyyat olunmuş və uzun müddətə sıradan çıxmışdı. Yalnız bu mövsüm sıraya dönən istedadlı futbolçu bu ay ardıcıl iki matçda ''Brayton''un ən yaxşı oyunçusu seçilməklə diqqət çəkmişdi. Fanatlar arasında aparılan sorğuda isə Kadıoğlu noyabrda ''Brayton''un ən yaxşı futbolçusu seçilib. ''Fənər''in sabiq üzvü bu mövsüm 18 rəsmi oyunda ümumilikdə 1356 dəqiqə oynamaq şansı qazanıb. Kənan Yıldız isə fanatlar tərəfindən ''Yuventus''da noyabrın ən yaxşısı seçilib. Bu barədə məlumat klubun rəsmi saytında yerləşdirilib. Orda noyabrda Kənanın 5 rəsmi oyunda iştirak etdiyi və aktivinə 2 qol, 1 məhsuldar ötürmə yazdığı qeyd olunub. Ümumilikdə 20 yaşlı vinger bu mövsüm Turin nəhəngində iştirak etdiyi 21 rəsmi oyunda 6 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
icma.az

2Mənbələr