AZ

Onlar heç bir zorakılığı qəbul etmir KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Təhsili şəxsi maraqlara qurban vermək olmaz”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Təhsil TV”-də Əməkdar müəllim, Amonaşvili Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov bildirib.

Onun sözlərinə görə, təhsil innovativ inkişaf yolu ilə getməlidir:

“Bu, bir aksiomdur. Xüsusilə də, indiki dövrdə. Çünki indiki dövrü heç bir dövrlə müqayisə etmək olmaz. Bu gün məktəblərdəki şagirdlərin əksəriyyəti alfa nəslinə aiddir. 2025-ci ildən artıq beta nəsli dünyaya gəlməyə başlayır.  Yəni 2030-cu illərdə artıq məktəb və bağçalara qədəm qoymağa başlayacaqlar. Bu nəsillər əvvəlkilərdən tamamilə fərqlənirlər. Ona görə də bu sahəyə çox böyük diqqət yetirilməlidir. Təhsilin istənilən sahəsi prioritet olmalıdır. Bu gün üçün ən aktual məsələ 21-ci əsrin şagirdini yetişdirməyə qadir olan 21-ci əsrin müəlliminin formalaşmasıdır”.//Yenisabah

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
2
konkret.az

3Mənbələr