Tyerri Anri mükafatlar kolleksiyasını bir qədər də zənginləşdirib. Fransa yığmasının və “Arsenal”ın sabiq hücumçusu “Lifetime Achievement” (Ömürlük Nailiyyət) mükafatına layiq görülüb.
BBC telekanalının təşkil etdiyi mükafatlandırma mərasimi dekabrın 18-də keçirilib. Şirkətin rəhbərliyi dünya çempionunun müasir futbolçu anlayışını yenidən formalaşdırdığını vurğulayıb, onun meydandakı istedadını, futbol zəkasını və bu idman növünə təsirini yüksək qiymətləndirib.
Qeyd edək ki, Anridən əvvəl bu mükafatı Billi Cin Kinq, Pele, ser Bobbi Çarlton və Devid Bekhem kimi məşhur idmançılar qazanıb. Anri təltifat mərasimində bunları deyib: “Futbol mənə hər şey verdi, mən də futbola. Bu mükafat sayəsində futbol tarixində daha da tanınacaq, azarkeşlərin və komanda yoldaşlarımın qəlbində iz buraxacağam. Bunu heç vaxt unutmayacağam”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta