Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 milyard 646 milyon 085,06 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
AzPost Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 11 ayı ilə müqayisədə 440 milyon 704,15 min ABŞ dolları və yaxud 20 % çoxdur.
11 ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 12,49 %-ni təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb.
AzPost.az
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.