AZ

50 yaşlı Anderson Silva görüşün taleyini ikinci raundda həll etdi VİDEO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UFC-nin orta çəki üzrə sabiq çempionu Anderson Silva ABŞ-li Tayron Vudlini vaxtından əvvəl məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma Mayami şəhərində təşkil olunan boks gecəsi çərçivəsində baş tutub.

50 yaşlı Silva görüşü artıq ikinci raundda texniki nokautla başa vurub.

Anderson rəqibini nokdauna göndərdikdən sonra 43 yaşlı Vudli döyüşü davam etdirməyə çalışsa da, referi qarşılaşmanı dayandırıb.

Bu qələbə Silva üçün boks karyerasında altıncı döyüşündə dördüncü uğur olub və o, üçüncü dəfə nokautla qalib gəlib.

Keçmiş UFC yarımyüngül çəki çempionu Tayron Vudli isə boksda ardıcıl üçüncü məğlubiyyətini alıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
1
icma.az

2Mənbələr