Türkiyənin milli müdafiə naziri Yaşar Gülər dekabrın 15-də vurulan PUA-nın Rusiyaya məxsus olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, nazir PUA ilə bağlı araşdırmaların davam etdiyini qeyd edib:
“"F-16" təyyarələrimizin vurduğöu PUA aşkarlanması çətin olan bir hava vasitəsi idi. Onu vaxtında aşkar edən əməkdaşlarımıza təşəkkür etmək istəyirəm. Rusiya-Ukrayna müharibəsi ucbatından Qara dənizdə pilotsuz uçuş aparatları (PUA) və pilotsuz dəniz vasitələri (PDV) intensiv şəkildə istifadə olunur. Vurduğumuz PUA da nəzarətdən çıxmış bir hava vasitəsi idi”.
Telegram kanalımız