AZ

Gürcüstanda qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlıYeni xəbər

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Gürcüstanda qəzaya uğramış C-130 tipli təyyarənin qara qutusunun araşdırılmasının davam etdiyini bildirib.

Xezerxeber.az-ın xəbərinə görə, nazir qeyd edib ki, qara qutu Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) mütəxəssisləri tərəfindən ətraflı şəkildə tədqiq olunur. Araşdırmaların nəticələri tamamlandıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

“Biz C-130 təyyarələrindən 1964-cü ildən etibarən istifadə etməyə başlamışıq. Həmin vaxtdan bu günə qədər belə bir qəza baş verməmişdi. C-130 təyyarələri bu gün də dünyada ən etibarlı təyyarələrdən biri hesab olunur və hazırda 70 ölkə tərəfindən istifadə edilir. Bu qəzadan sonra bütün C-130 təyyarələrimizi tam nəzarətə götürdük. Yoxlamalar tamamlandıqdan sonra təyyarələrimizi yenidən istifadəyə verəcəyik. Qəzaya uğramış təyyarəmizin qara qutusu hazırda TUSAŞ-da araşdırılmağa davam edir. Qəza-araşdırma heyətimiz də işlərini davam etdirir. Təyyarəmizin qəzaya uğrama səbəbi ilə bağlı nəticə nə olursa-olsun, bunu şəffaf şəkildə ictimaiyyətə açıqlayacağıq”, - nazir qeyd edib.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.

Seçilən
49
5
xezerxeber.az

6Mənbələr