AZ

Avtobuslarda NFC ilə ödəniş sınaqdan keçirilir

Bakı. Trend:

Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFCsistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də “ApplePay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizminintətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində,ilk olaraq 500 nömrəli marşrut xəttində (metronun “20 Yanvar”stansiyası – Sumqayıt şəhəri) tətbiq edilib.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindənbildirilib.

Qeyd olunub ki, pilot layihə 1–3 gün müddətində sınaqdankeçiriləcək. Nəticələr təhlil edilməklə sistemin tətbiqiningenişləndirilməsi nəzərdə tutulur. Bununla da Bakıdakı bütünmarşrut avtobuslarında NFC ödəniş sistemini dəstəkləyən bütün yerlibank kartları, eləcə də “Apple Pay” və “Google Pay” tam şəkildətətbiq olunacaq.

"Yeni sistem sərnişinlərə əlavə üstünlüklər də təqdim edir.Artıq nağd pul və ya fiziki BakıKart daşınmasına ehtiyac qalmır –telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digərcihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazıvalidatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır vəəməliyyat tamamlanır.

Sərnişinlər avtobuslarda ödəniş etdikdə, yalnız NFC dəstəklibank kartları, həmçinin smartfon və “BakıKart”dan istifadəetməlidirlər.

Məlumat üçün bildirək ki, MasterCard və Visa kartları ilə ödənişsistemi ölkə ərazisində bir sıra şəhərlərdə, o cümlədən Gəncə vəŞamaxıda artıq tətbiq olunur", - məlumatda bildirilib.

Məqalədə:
Seçilən
65
20
az.trend.az

10Mənbələr