AZ

“Qoç Ət”də yeməyə irad bildirdim, meneceri əsəbləşdi” – AİB sədri

"Mən də bir dəfə Xankəndidə yerləşən “Qoç Ət” restoranında yediyim yeməyin dadına irad bildirmişdim. Restoranın meneceri mənə aqresiv formada reaksiya verdi. Düşünürəm ki, belə hallardan restoran komandası nəticə çıxarmalıdır”.

Bunu “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

O, Azərbaycanda bahalı restoranların keyfiyyət göstəricisi olması ilə bağlı illərdir formalaşmış təsəvvürün yanlışlığını təsdiqləyib: "Təəssüf ki, bəzi brend restoranlarda da bu cür hallara rast gəlinir".

Sosial şəbəkələrdə və ictimai müzakirələrdə "Qoç Ət"lə bağlı qalmaqaldan sonra bahalı restoranlarda təqdim olunan yeməklərin keyfiyyətinin nə qiymətə, nə də gözləntilərə uyğun gəldiyi bildirilir.

Eyyub Hüseynov bununla bağlı qeyd edib ki, bu cür hallarda istehlakçının əvvəlcədən ödədiyi pulun geri qaytarılmasını və ya yeməyin dəyişdirilməsini tələb etmə hüququ var:

"İrad bildirən istehlakçıya əsəbləşmək yox, diqqətlə yanaşmaq lazımdır. Bəzi restoranlar “öz fermamız var” deyə arqument gətirir. Lakin bir qoyun ferması ilə böyük bir restoran şəbəkəsini ideal şəkildə təmin etmək iddiası bir qədər gülməli səslənir”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
131
3
yenisabah.az

4Mənbələr