AZ

“Qafqazlılardan nümunə götürün” Putin ruslara səsləndi

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Gənclər ailə qurmalı, uşaq sahibi olmalı və maddi vəziyyətlərinin yaxşılaşmasını, təhsil almağı və sairəni sonsuza qədər gözləməməlidirlər".

“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putin dünən ilin yekunlarına dair canlı yayımda deyib.

O, bütün rusların Qafqaz xalqlarından nümunə götürməli olduğunu qeyd edib: "Onlar övladlarını kifayət qədər erkən yaşda evləndirirlər ki, bu, həqiqətən də doğrudur və biz də onların nümunəsini izləməliyik. Ramzan Kadırovun böyük ailəsi, çoxlu uşağı var və onlar erkən yaşda evlənirlər. O deyir ki, bu, bir ənənədir və bu, əladır".

Qeyd edək ki, Rusiya xeyli vaxtdır ciddi demoqrafik problemlər yaşayır. Rəsmi statistikaya görə, ölkə əhalisinin sayı durmadan azalır. Müharibə başlayandan sonra isə bu proses daha da sürətlənib.

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
azpolitika.info

1Mənbələr