AZ

FHN yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - FOTOLAR

Tayvanın mərkəzi Taipei şəhərində dünən bir şəxsin metro stansiyası yaxınlıqdakı çoxmərtəbəli ticarət mərkəzində sis bombaları ataraq insanlara bıçaqla hücum etdiyi hadisədə ölənlərin sayı 3-ə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Tayvanın CNA agentliyinin məlumatına görə, hücum zamanı yaralanaraq xəstəxanaya yerləşdirilən 30 yaşlarında bir nəfər daha həyatını itirib.

Beləliklə, hadisədə ölənlərin sayı 3-ə çatıb, 6 yaralının isə müalicəsi davam edir.

Hadisə dünən axşam saatlarında Taipei şəhərinin mərkəzində yerləşən Zhongshan Metro Stansiyasında və onun yaxınlığındakı çoxmərtəbəli mağazada baş verib.

Hücum edən şəxs ətrafa sis bombaları ataraq ətrafdakı insanlara təsadüfi şəkildə bıçaqla hücum edib.Hücumdan sonra mağazanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edən 27 yaşlı şəxsin ailə qeydiyyatını bildirmədiyi üçün hərbi xidmətə çağırış yoxlamasından keçmədiyi və buna görə barəsində axtarış qərarı olduğu bildirilib.

Polis onun yaşadığı evdə apardığı axtarış zamanı molotofkokteyli hazırlamaq üçün istifadə olunan materiallar aşkarlayıb.

Seçilən
57
cebheinfo.az

1Mənbələr