Son günlərdə Türkiyənin Cümhuriyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlunun siyasətdən getdiyinə dair iddialar yayılıb.
"Cebheinfo.az" xəbər verir ki, onun CHP və ya başqa partiya sədri olmaq kimi planının olmadığı deyilirdi.
Yayılan xəbərlərə əsasən, Kılıçdaroğlu bir müddətdir xəstəliyi səbəbilə müalicə alan həyat yoldaşı Selvi Kılıçdaroğlunun vəziyyəti ilə yaxından maraqlanır. Bütün bunların fonunda sabiq CHP liderinin aktiv siyasətdən getdiyi yazılırdı.
Lakin bu iddia təkzib olunub. Belə ki, Kamal Kılıçdaroğlunun vəkili Cəlal Çelik sözügedən xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. Kılıçdaroğlunun siyasətdən getmədiyi qeyd olunub.