AZ

ŞOK! Pezeşkian Xameneiyə MEYDAN OXUDU – İranda gərginlik PİK HƏDDƏ

İranda baş verən son hadisələr ölkə siyasətində nadir rast gəlinən açıq etiraflarla yadda qalıb.

Prezident Məsud Pezeşkian digər siyasi sistemlərdə radikal islahatların başlanğıcı və ya özünün siyasi sonu ola biləcək sözləri səsləndirib. O, bir sıra çıxışlarında İslam Respublikasının siyasi quruluşunun əsas zədəsini ifşa edərək, ölkənin ciddi böhran içində olduğunu etiraf edib.

NOCOMMENT.az xəbər verir ki, Məsud Pezeşkian açıq şəkildə bildirib ki, mövcud imkanlarla möcüzələr yaratmaq mümkün deyil, ölkə tıxaca düşüb və böhrandan çıxış üçün ideyalar tükənib.

Prezident ilk ilini “dəhşətli” kimi qiymətləndirib, bu ifadə İranda sanki dindən kənar bir fikrə bərabər səslənir. O, hətta “Kimsə nə edəcəyini bilirsə, etsin. Mən heç nə edə bilmirəm” deyərək məsuliyyəti fərdi deyil, abstrakt “kimsəyə” ötürüb.

Daha önəmli açıqlaması isə İranda adətən bütün problemləri xarici qüvvələrin hiylələrinə bağlayan rəsmi təsəvvürü rədd etməsi olub.

Məsud Pezeşkian ABŞ, İsrail və Qərb sanksiyalarını birbaşa günahkar hesab etməyib və ölkə problemlərinin daxili səbəblərdən qaynaqlandığını vurğulayıb:

uzun illər ərzində korrupsiya, elit mübarizəsi, məsuliyyətsiz maliyyə siyasəti və “dəli qərarlar” ölkəni bu vəziyyətə gətirib.

“Problemlərimiz özümüzdədir” ifadəsi prezident tərəfindən müxtəlif çıxışlarda təkrar olunub və bu, İslam Respublikasının ideoloji əsaslarına açıq çağırış kimi qəbul edilir.

Ölkənin iqtisadi vəziyyəti də son dərəcə gərgindir.

İnflyasiya təxminən 60%-ə çatıb, milli valyuta dəyərini iki dəfədən çox itirib, qara bazarda 1 dollar təxminən 1,3 milyon rialdır. Ərzaq və tikinti materiallarının qiymətləri vətəndaşların gəlirlərindən daha sürətlə artır. Sosial məsələlər də ciddi şəkildə pisləşib: orta iranlı gündəlik kalori qəbulunu tövsiyə edilən normadan 400 kalori az alır.

Politik vəziyyət də narahatlıq doğurur.

Məsud Pezeşkianın prezidentliyi dövründə İranın müttəfiqlərinə qarşı əməliyyatlar, yüksək rütbəli KİS komandirlərinin öldürülməsi və İsrail ilə ABŞ tərəfindən nüvə obyektlərinə zərbələr ölkədə siyasi və hərbi gərginliyi artırıb. Prezident özü də yayda İsrail Hərbi Hava Qüvvələrinin hücumu zamanı demək olar ki, həlak olub. Bu hadisə İran hakimiyyətinin fiziki və siyasi zəifliyinin simvolu olub.

Məsud Pezeşkianın səmimi etirafları İran elitasında parçalanmaya səbəb olub.

İslahatçılar və sabiq məmurlar onun sözlərini nadir ictimai dürüstlük nümunəsi kimi dəyərləndirsə də, konservatorlar istefasını tələb ediblər. Parlament üzvü dövlət televiziya kanalı vasitəsilə soruşub: “Əgər problemləri həll edə bilmirsinizsə, niyə prezident oldunuz?”

Bu sual yalnız prezidentə deyil, ümumilikdə hakimiyyət strukturlarına ünvanlanıb.

Üst lider Xameneinin Məsud Pezeşkiana verdiyi dəstək – onu “səmimi və çalışqan” adlandırması şəxsi etibar kimi görünmür, daha çox institusional hesablamadır. Prezidentin rolu ictimai narazılığı yüngülləşdirən amartizator kimi nəzərdə tutulub, əsas qərar mərkəzi isə Xameneidə qalır.

Məsud Pezeşkian faktiki olaraq İranda açıq şəkildə deməyə qadağan olunmuş şeyi söyləyib: ölkə böhranı sistemikdir və mövcud model daxilində bu böhrandan çıxış mexanizmləri yoxdur.

Onun sözləri yalnız sosial-siyasi tıxacı təsvir edir və həqiqi dəyişiklik gətirmir. İranda iqtisadi çöküş, xarici təzyiq və daxili hakimiyyətin köhnəlməsi ilə ölkə davamlı çıxılmaz vəziyyətdədir; prezident vəziyyəti anlayır, Xamenei nəzarəti saxlayır, dövlət isə mövcud şərtlərdə “permanent sağ qalma” rejimində fəaliyyət göstərir.

Məsud Pezeşkian bir çıxışında “sonuna qədər getmək” sözünü səsləndirsə də, İran siyasətində son adətən nəticə deyil, yalnız bir dövrü tıxac olaraq davam etdirir. Onun açıq etirafları, ölkənin gerçək vəziyyətini göstərir, lakin heç bir struktural dəyişiklik yaratmır.

Əli Səfərli,
NOCOMMENT.az

Seçilən
78
nocomment.az

1Mənbələr