Bu gün Misli Premyer Liqasında XVI turun daha iki oyunu keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ikinci oyun günündə iki matç təşkil olunacaq. "Karvan-Yevlax" Yevlaxda "Neftçi”ni,”Zirə” isə “İmişli”ni qəbul edəcək. Görüşlər müvafiq olaraq, saat 14:00 və 16:30-da başlayacaq.
Misli Premyer Liqası
II dövrə, XVI tur
20 dekabr
14:00. "Karvan-Yevlax" – "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax şəhər stadionu
16:30. "Zirə" – "İmişli"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun daha əvvəl reallaşan oyununda "Turan Tovuz" "Kəpəz"i 2:0 hesabı ilə üstələyib.