AZ

Keçmiş çempion boksçu rinqdə məşhur blogerin çənəsini sındırdı

Bakı. Trend:

Keçmişdə ağır çəkidə üç versiya üzrə dünya çempionu olmuşbritaniyalı Entoni Coşua amerikalı bloger və həvəskar boksçu CeykPolu məğlub edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirilən səkkizraundlu döyüş Coşuanın 6-cı raundda nokautla qələbəsi ilə başaçatıb.

Döyüşdən sonra Ceyk Pol keçmiş olimpiya çempionu, britaniyalıEntoni Coşuanın zərbəsindən çənəsinin sındığını bildirib.

“Məncə, çənəm sınıb, yeri gəlmişkən. Bəli, dəqiq sınıb. Döyüşmöhtəşəm idi, xoşuma gəldi. Mən yenidən qayıdacağam və dünyaçempionu olmaq istəyirəm”, — deyə o, rinqdə açıqlama verib.

Əvvəlcə Polun amerikalı Cervonta Devislə qarşılaşmasıplanlaşdırılırdı, lakin o, cinayət təqibi səbəbindən döyüşdənkənarlaşdırılıb.

Hazırda 36 yaşlı Coşuanın aktivində 29 qələbə (26-sı nokautla)və 4 məğlubiyyət var. Son döyüşündə britaniyalı həmyerlisi DanielDyubuaya uduzub və Beynəlxalq Boks Federasiyasının (IBF) dünyaçempionu titulunu qazana bilməyib. Həmin döyüşlə Coşua ukraynalıAleksandr Usiklə keçirdiyi iki qarşılaşmadan sonra qazandığı dördqələbəlik seriyanı dayandırıb.

Məqalədə:
Seçilən
101
1
az.trend.az

2Mənbələr