AZ

Odessada ölənlərin sayı artdı Yenilənib

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Silahlı Qüvvələri Odessa vilayətində yerləşən liman infrastrukturuna genişmiqyaslı hava zərbələri endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper teleqram hesabında məlumat yayıb. 

O qeyd edib ki, hücum nəticəsində 7 nəfər həyatını itirib, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

O.Kiperin sözlərinə görə, hücum Odessa rayonundakı liman obyektinə ballistik raketlərlə həyata keçirilib. Zərbə nəticəsində dayanacaq ərazisində olan yük avtomobilləri yanaraq yararsız hala düşüb:

“Yaralılara tibbi müəssisələrdə zəruri yardım göstərilir. Hava həyəcanı siqnallarının tez-tez səslənməsi təcili yardım və xilasetmə xidmətlərinin fəaliyyətini çətinləşdirir”.

***

Odessada hücum nəticəsində həlak olanların sayı 8 nəfərə, yaralıların sayı isə 27-yə çatıb. 

Bildirilib ki, yaralıların çoxu hücumun mərkəzində olan avtobusdakı şəxslərdir. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
1
qafqazinfo.az

2Mənbələr