AZ

Rusiya vətəndaşından özbəklərə TƏHQİR: “Sən Rusların KÖLƏSİSƏN”

Ajans.az xəbər verir ki, hadisə avqustun 23-də baş verib. Taksi sürücüsü yaşayış kompleksinin yaxınlığında zibil maşını ilə qarşılaşmağa çalışarkən, sakin ona hücum edib və təhqiramiz ifadələr işlədib. Videoda həmin şəxsin “sən kölə, rusların köləsisən” kimi sözlər işlətdiyi, həmçinin danışığı zamanı nalayiq ifadələrdən istifadə etdiyi görünür. Görüntüdə taksi sürücüsünün astaca vətəndaşa “sakitləşin,siz düz deyirsiz” fikirləri əks olunub.Lakin Rusiyalı vətəndaş kobudcasına şəxsi davamlı təhqir edib. Bu davranış etnik mənsubiyyətə qarşı təhqir və irqçilik nümunəsi kimi qiymətləndirilir. Hadisənin yayıldığı vaxt, son dövrlərdə Rusiyada baş verən və 10 yaşlı Tacikistan vətəndaşı məktəbdə öldürülməsi kimi faciəli hadisələrin fonunda, bu cür insidentlər ictimaiyyət arasında etnik gərginliyə səbəb olur.

Seçilən
41
Ajans.az

1Mənbələr