AZ

Hansı halda buraxılış imtahanları apreldə keçirilə bilər? –DİM sədri

Müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var.

Bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib.

Dim sədri buraxılış imtahanlarının mart ayında keçirilməsi ilə bağlı bəzi müəllimlərin narazılıqlarına münasibət bildirərkən qeyd edib ki, yazı işlərinin yoxlanılması kifayət qədər vaxt tələb edir:

“Buraxılış imtahanları kütləvi imtahanlardır. Yazı işlərinin yoxlanılması kifayət qədər vaxt tələb edir. Bizdə müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var. Müəllimlər bu prosesə qoşulsalar, marker müəllim sayı on minə çatsa, yoxlama prosesləri də sürətlənər. Təbii ki, burada təkcə say yox, həm də bu işlə məşğul ola biləcək müəllimlərin bilik və bacarıqları da əhəmiyyətlidir. Biz davamlı olaraq müəllimlər üçün imtahanlar təşkil edirik. Müəllimlər imtahandan keçərək marker olmaq səlahiyyəti əldə edə bilərlər. Onların Bakıda, Naxçıvanda yaxud bölgələrdə yaşamasının fərqi yoxdur. Öz evlərində oturub bu işə qoşula və kifayət qədər yüksək əməkhaqqı qarşılığında işləyə bilərlər. Amma müəllimlər buna çox da maraqlı deyillər, çünki burada ciddi şəkildə işləmək lazımdır.

Bizim martda yoxladığımız bilik və bacarıqlar kurikuluma uyğun olaraq elə marta qədər toplanmış bilik və bacarıqlardır. On bir il ərzində bilik və bacarıq toplamamış uşaq martdan sonra o bilikləri toplaya bilməz. Oxuyub-anlamaq bacarığı yoxdursa, qalan bir neçə ay ərzində də bu qabiliyyət formalaşmayacaq. Biz proqramı elə qurmuşuq. Uşaq imtahandan sonra dərsə davam etmirsə, bu məktəb rəhbərliyinin problemidir. Dərsdə iştirak etməyən uşağa qaib yaza bilərlər və ilin sonunda o fənlərin qiymətləndirilməsi olmayacaq, nəticədə uşağa attestat da verilməyəcək. Bunu məktəb etməlidir; qaydalar mövcuddur və istifadə oluna bilər.

Seçilən
51
10
azpost.info

10Mənbələr