ain.az bildirir, Qol.az saytına əsaslanaraq.
Salah üzr istəyib
“Liverpul”un futbolçusu Məhəmməd Salah klub və baş məşqçi Arne Slotu müsahibədə tənqid etdiyi üçün komanda yoldaşlarından üzr istəyib.
QOL.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin yarımmüdafiəçisi Kertis Cons bildirib.
Misirli hücumçu bunu “Lids”lə 3:3 hesablı heç-heçədən sonra edib.
“Sky Sports”un verdiyi məlumata görə, Cons Salahın davranışını belə şərh edib: “Mo (Məhəmməd Salah nəzərdə tutulur - red.) müstəqil insandır və düşündüyünü deməyi bacarır. O, bizdən üzr istədi və dedi: “Əgər kimisə incitmişəmsə və ya narahat hiss etdirmişəmsə, üzr istəyirəm”. O, belə insandır. Mən yalnız Mo-nu necə tanıyıramsa, ona əsasən danışa bilərəm – bizə münasibəti necədir, özünü necə aparır. Düşünürəm ki, bu fikirlər sadəcə onun qalib olmaq istəyinin bir hissəsidir”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.