AZ

Naxçıvanda 90 nəfərlik elektron imtahan auditoriyası ayın sonuna qədər hazır olacaq - Məleykə Abbaszadə

Bakı.Trend:

Naxçıvanda 90 nəfərlik elektron imtahan auditoriyası ayın sonunaqədər hazır olacaq.

Bunu Trend-əmüsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədriMəleykə Abbaszadə bildirib.

O qeyd edib ki, DİM-in Elektron İmtahanlar Korpusunda 750 yervar. Buna görə də regionlarda olan mərkəzlərdə də elektron imtahanauditoriyalarına ehtiyac var:

"Naxçıvandakı regional bölməmizdə 90 nəfərlik auditoriya qurulurvə dekabrın sonunda bu layihə yekunlaşacaq. İşğaldan azad edilmişərazilərdə də belə auditoriyaların qurulması nəzərdə tutulur.Hələlik təhsil alanların sayı azdır, amma gələcəkdə orada daauditoriyalar planlaşdırılır. Hazırda Gəncə, Naxçıvan, Lənkəran,Şəki, Göyçay və Bərdədəki regional bölmələrdə belə auditoriyalarınqurulması və imtahanların eyni zamanda keçirililməsiplanlaşdırılıb. Bu işlər genişləndiriləcək. Yanvar və fevralaylarında isə digər regionlarda elektron imtahanların keçirilməsiüçün auditoriyaların qurulması nəzərdə tutulur. Uyğun avadanlıqlatəchiz olunmuş və internet bağlantısı yaxşı olan təhsilmüəssisələrindən də auditoriyalar istifadə ediləcək".

Seçilən
93
2
az.trend.az

3Mənbələr