AZ

Maqnit qasırğaları olan zaman spirtli içki qəbul etməyin - XƏBƏRDARLIQ

Spirtli içkilər maqnit qasırğalarının olduğu hava şəraitində insanlara mənfi təsiri artıra bilər. 

Azreform.info xəbər verir ki, bunu tibb elmləri doktoru Andrey Tyajelnikov deyib.

Mütəxəssisin sözlərinə görə, spirtli içkilər bədənin geomaqnit dalğalanmalarına reaksiyasını gücləndirir. "Alkoqol ümumiyyətlə hava şəraitinə həssas insanlarda sağlamlığı pisləşdirir və simptomları daha da ağırlaşdırır", həkim bildirib.

Həkim qeyd edib ki, spirtli içkilər damar sisteminə nəzərəçarpacaq dərəcədə təsir göstərir. "Alkoqollu içkilər əvvəlcə qan damarlarını genişləndirir, sonra onların kəskin şəkildə daralmasına səbəb olur və ürək döyüntüsünü artırır", o qeyd edib.

Onun özlərinə görə, tez-tez spirtli içki qəbulu ilə müşayiət olunan susuzluq hissi əlavə stress yaradır.

Maqnit qasırğalarının fonunda bu, zəiflik, baş ağrıları, qıcıqlanma və miqren kimi xarakterik simptomların artmasına səbəb ola bilər.

"Geomaqnit gərginlik dövründə sinir sistemi həddindən artıq yüklənmə vəziyyətindədir və spirtli içki narahatlığa, enerji itkisinə və ağır yorğunluğa səbəb ola bilər", - Tyajelnikov əlavə edib.

Onun sözlərinə görə, bu birləşmə bədənə düşən yükü artırır. Həkim sağlamlıq risklərini azaltmaq üçün mümkün olduqda, yalnız maqnit fırtınaları zamanı deyil, həm də gündəlik həyatda spirtli içkilərdən tamamilə imtina etməyi tövsiyə edib.

Elvin

Azreform.info

Seçilən
45
2
azreform.info

3Mənbələr