AZ

Niyə gündə üç dəfə yemək vacibdir? Diyetoloqdan xəbərdarlıq

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Gündə üç dəfə qidalanmadan imtina orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.

Milli.Az xəbər verir ki, diyetoloq və qastroenteroloq Viktoriya bildirib ki, qida qəbulları arasındakı fasilə yuxu vaxtı istisna olmaqla, adətən 3-5 saat olmalıdır.

Onun sözlərinə görə, bu cür rejim qan şəkərinin stabilliyini qorumağa, eyni zamanda aclıq hissini nəzarətdə saxlamağa kömək edir. Qida qəbulunun uzun müddət gecikdirilməsi isə həddindən artıq yemək ehtimalını artırır.

Mütəxəssis vurğulayıb ki, məsələnin psixoloji tərəfi də az əhəmiyyət daşımır. Belə ki, bəzi insanlar səhər və ya günorta yeməyini buraxdıqları halda, sonradan normadan artıq qida qəbulunu özləri üçün haqlı hesab edirlər.

Həkim əlavə edib ki, az-az və kiçik porsiyalarla qidalanan şəxslər də zamanla orqanizm üçün vacib vitamin və mineralların çatışmazlığı ilə üzləşə bilərlər.

Asya

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
2
news.milli.az

3Mənbələr