İtaliya Superkubokunda finalçıların adları bəlli olub.
Fanat.Az xəbər verir ki, bu gecə baş tutan ikinci yarımfinal görüşündə “Bolonya” “İnter”lə üz-üzə gəlib.
Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitib. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən “Bolonya” adını finala yazdırıb.
Beləliklə, dekabrın 22-də keçiriləcək həlledici oyunda “Napoli” “Bolonya” ilə qarşılaşacaq.
İtaliya Superkuboku
Yarımfinal
19 dekabr
Bolonya – İnter 1:1 (penaltilər 3:2)
Qollar: Orsolini, 35-pen – M.Turam, 2.